Televiziyaya silahlı basqın oldu - VİDEO

10:43 | 30.01.2015
Televiziyaya silahlı basqın oldu - VİDEO

Televiziyaya silahlı basqın oldu - VİDEO

Hollandiyanın Hilversum şəhərində fəaliyyət göstərən NOS televiziyasının studiyasına silahlı basqın olub. Canlı yayım zamanı studiyaya daxil olan şəxs birbaşa efirə çıxmaq istəyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, televiziyaya silahlı basqın edən şəxsin 19 yaşı olub. O, bir nəfər mühafizə əməkdaşını girov götürərək televiziyanın xəbərlər proqramının studiyasına daxil olub.

Hadisə zamanı televiziyanın efiri dayandırılıb, binadakı bütün əməkdaşlar küçəyə çıxardılıb.

Polislərin əməliyyatı zamanı 19 yaşlı tərkisilah olunub və polis şöbəsinə gətirilib. Silahlı şəxsin kimliyi barədə ətraflı məlumat verilmir, amma NOS televiziyasının yaydığı məlumatda qeyd olunur ki, onun cibində məktub olub və orada o, tək olmadığını yazıb. Televiziya kanalının internet saytında yayımlanan həmin məktubda ölkənin fərqli yerlərinə partlayıcılar yerləşdirildiyi, eyni zamanda hakerlərin siber hücumlar təşkil edəcəyi ifadə olunub.
 
 
ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM