Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

10:17 | 06.01.2025
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 2 tüfəng, 11 patron darağı və 200 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti