Ötən il Azərbaycan 145 hərbi qulluqçusunu itirib

12:14 | 09.01.2023
Ötən il Azərbaycan 145 hərbi qulluqçusunu itirib

Ötən il Azərbaycan 145 hərbi qulluqçusunu itirib

2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçu itirib. Bu barədə Xəzər Müdafiə Tədqiqatları İnstitutunun hesabatında məlumat verilib.
 
Xəzər Müdafiə Tədqiqatları İnstitutunun (CDSİ) monitorinqinin nəticələrinə görə, hərbi qulluqçulardan 87-si Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisindən atılan atəş nəticəsində güllə yarasından (85 nəfər güllə yarasından, 2 nəfər mina partlayışı nəticəsində həlak olub, red), 58-i isə qeyri-müəyyən şəraitdə həlak olub. 
 
2021-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 84 hərbçi həlak olub. Onlardan 18-i döyüş, 66-sı isə qeyri-döyüş şəraitindəba vermiş  itkiləridir.
 
Ümumilikdə, 2022-ci ildə Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisindən atılan atəş nəticəsində güllə yarasından 85 nəfər, mina partlayışlarından 2 nəfər, avtomobil qəzasında 11 nəfər, müxtəlif xəstəliklərdən 9 nəfər, qeyri-qanuni hallar səbəbindən 6 nəfər, naməlum səbəbdən 6 nəfər, bədbəxt hadisələrdən 4 nəfər həlak olub.
 
2022-ci ildə ümumilikdə 22 hərbçi intihar edib.
 
Ötən il həlak olanlardan 105-i Müdafiə Nazirliyinin, 32-si Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin, 4-ü Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, 2-si isə Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçular olub.
 
Ölənlərdən 89-u əsgər, 30-u hərbçi, 2-si gizir, 24-ü isə zabitdir.
 
2022-ci ildə ümumilikdə  azı 304 hərbçi müxtəlif səbəblərdən yaralanıb ki, onların əksəriyyətini Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisindən atılan atəş nəticəsində və mina partlayışlarından yaralananlar təşkil edir.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb