• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Ötən illə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb

Ötən illə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb
13.08.2023 15:24
Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. Qeyd edək ki, 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

Banker.az xəbər verir ki,bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa da belə xaricdən daha çox məhsul gətirməyimiz valyuta axını baxımdan arzuolunan deyil:
"İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3.0 faiz bəndi daxili tələbdən formalaşdırır. Digər hissəsi daha çox idxaldan asıllıq ilə bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir.

İdxalın artım stukturuna diqqət yetirəndə bir sıra dəyişikliklər diqqəti cəlb edir. Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz artmışdır. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır.

Bütövlükdə, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən olaraq qalmalıdır. Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asıllığın minimumlaşdırılması həmçinin ərzaq təminatı və təhlükəsizliyi baxımdan da vacibdir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda növbəti il üçün inflyasiya proqnozu bu qədər olacaq
İqtisadiyyat 16:22
Azərbaycanda növbəti il üçün inflyasiya proqnozu bu qədər olacaq

Yelo Bank-dan sizə və ailənizə rahatlıq gətirən kredit həyat sığortası
İqtisadiyyat 14:55
Yelo Bank-dan sizə və ailənizə rahatlıq gətirən kredit həyat sığortası
Azərbaycanda sığorta bazarı 17%-dən çox böyüyüb
İqtisadiyyat 14:41
Azərbaycanda sığorta bazarı 17%-dən çox böyüyüb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:21
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
İqtisadiyyat 17:33
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
Yelo Bank принял участие в Агробизнес-фестивале
İqtisadiyyat 15:50
Yelo Bank принял участие в Агробизнес-фестивале
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
İqtisadiyyat 15:49
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
İqtisadiyyat 15:44
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol