Tərtər rayonunda at əti aşkar edilib.
"Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər Rayon Polis Şöbəsi və Baytarlıq İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı rayon ərazisində at kəsimi ilə məşğul olan şəxslər tutulub.
Reyd zamanı rayon sakini Ədalət Əliyevə məxsus fermadan iki baş kəsilmiş at vəziyyətdə aşkar edilərək götürülüb.
150 kiloya yaxın at əti götürülərək Tərtər rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. At ətindən nümunələr götürülərək laboratoriyaya göndərilib. Ətin qida üçün tam yararsız olduğu müəyyənləşib.
Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətlər rayonun məişət tullantıları poliqonunda basdırma yolu ilə zərərsizləşdirilib.
Faktla bağlı Tətər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, ilkin araşdırma zamanı at ətinin Bakı şəhərindəki dönərxanalara göndərilməsi üçün nəzərdə tutulduğu məlum olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !