Google-un işində problem yaranıb

Sentyabrın 4-də dünya üzrə milyardlarla istifadəçisi olan Google axtarış sisteminə girişdə fasilələr qeydə alınıb. Bu barədə istifadəçilər sosial media platformalarında və texnologiya monitorinqi saytlarında məlumat paylaşıblar.
Eyni problem Azərbaycanda da müşahidə olunub. Google-un axtarış sistemi və digər xidmətlərinə girişdə fasilələr yaranıb.
Eyni vaxtda bir neçə ölkədən daxil olan şikayətlərdə Google-un axtarış funksiyasının və digər xidmətlərinin işləmədiyi bildirilib. Məsələ ilə bağlı hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib.
Xüsusilə ABŞ, Avropa və Asiya regionlarında bir sıra istifadəçilər axtarış sorğularına cavab ala bilmədiklərini, səhifələrin yüklənmədiyini qeyd ediblər. İnsident DownDetector kimi platformalarda da təsdiqlənib.
Texnologiya analitikləri Google-un xidmətlərində mümkün server problemi, texniki yenilənmə və ya regional fasilə ehtimalını istisna etmir.
Gülnar
Son xəbərlər
Daha çox 