• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Süni intellekt böyüyür, Azərbaycanda isə qanun gecikir

Süni intellekt böyüyür, Azərbaycanda isə qanun gecikir
06.10.2025 16:47

Süni intellektin inkişafı həm müsbət imkanlar, həm də ciddi risklər yaradır və Azərbaycan buna biganə qalmamalıdır. Bunu deputat Sahib Alıyev Milli Məclisin plenar iclasında bildirib.  

“Yüksək dərəcəli risklərin artması fonunda süni intellektə dair qanun qəbul olunmalıdır. Avropa Birliyi artıq bu sahədə hüquqi tənzimləmə həyata keçirib və üzv ölkələr uyğun qanunların qəbuluna başlayıb. Çin qanunu təsdiqləyib, Türkiyədə isə qanun layihəsi üzərində iş gedir. Rusiyada da oxşar hazırlıq işləri aparılır. Ümid edirəm ki, qonşu ölkələrdən geri qalmayacağıq və Azərbaycanın da bu sahədə hüquqi bazası yaradılacaq,” – Sahib Alıyev deyib.

Azərbaycanda kibertəhlükəsizlik tədbirlərinin icrasına, zərərli keçidlərin və viruslu faylların bloklanmasına, eləcə də dövlət qurumlarının internet trafikinə nəzarəti  "AzStateNet" həyata keçirir. Sadə dildə desək, bu, dövlət strukturları üçün yaradılan təhlükəsiz “daxili internet” sistemidir.

2025-ci ilin yanvar-sentyabrında "AzStateNet" şəbəkəsi üzrə 379,805 milyon zərərli keçid bloklanıb. Bu da ötən ilin eyni dövründən 38,6 % azdır. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib. Təkcə sentyabrda isə 33,17 milyon zərərli keçid bloklanıb ki, bu da 1 il əvvələ nisbətən 42,5 % azdır.

Bu ilin ilk 9 ayında son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 21 milyon 816 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 84 min 605 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bu, illik müqayisədə müvafiq olaraq 6,4 dəfə çox və 53,3 % azdır. 2024-cü ildə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.

Milli məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, süni intellektlə bağlı qanun qəbul olunmalıdır.

"Bu gün dünyanın müxtəlif ölkələrində bu cür qanunların qəbul edildiyinin şahidiyik.  Bizim ölkədə bu qanuna ehtiyac var. Kimlər süni intellekdən istifadə edə bilər? Hansı sahələrdə tətbiq oluna bilər? Hansı yaşda uşaqlara süni intellektlə bağlı məhdudiyyət qoyula bilər və s. kimi məsələlər qanunda  öz əksini tapmalıdır. Bu gün kütləvi şəkildə insanların süni intellektə yönəldiyini görürük. Suni intellekt vasitəsilə cinayət törədən şəxsin qiymətləndirilməsi necə aparılacaq, hansı müddət və nə qədər cəza tədbiq olunacaq?  Bunlar vacib məsələlərdir və xüsusi diqqətdə saxlanılmalıdır", - deputat vurğulayıb.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, parlament səviyyəsində ayrıca “Süni intellekt haqqında” qanunun qəbul olunması artıq zamanın tələbidir.

 "Hazırda ölkəmizdə süni intellektlə bağlı məsələlər dolayısı ilə müxtəlif qanunlarda – “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumatların qorunması haqqında” və digər normativ aktlarda əhatə olunsa da, bu yanaşma parçalı xarakter daşıyır. Yeni qanun isə süni intellektin etik prinsiplərini, şəffaflıq və məsuliyyət mexanizmlərini, məlumatların istifadəsi və qorunması qaydalarını sistemli şəkildə müəyyən etməlidir",- Abbasov bildirib. Sədr əlavə edib ki, belə bir qanun həm dövlət sektorunda, həm özəl sektorda, həm də akademik mühitdə süni intellektin tətbiqi üçün aydın hüquqi çərçivə yaradacaq.

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
Texnologiya 20:29
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Texnologiya 09:15
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Texnologiya 18:23
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Texnologiya 14:20
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Azərbaycanda kommunal xidmətlərdə liderlik internet xidmətlərinin payına düşüb
Texnologiya 17:19
Azərbaycanda kommunal xidmətlərdə liderlik internet xidmətlərinin payına düşüb
Sürücülük hüququ olmadan idarə edilən avtomobil qəzalarında 66 nəfər ölüb
Texnologiya 13:23
Sürücülük hüququ olmadan idarə edilən avtomobil qəzalarında 66 nəfər ölüb
Müasir təhsil sistemində bilik ötürülmür, paylaşılır-UCL eksperti
Texnologiya 10:37
Müasir təhsil sistemində bilik ötürülmür, paylaşılır-UCL eksperti
Çində səslə idarə olunan dünyanın ilk smartfonu təqdim edilib
Texnologiya 22:13
Çində səslə idarə olunan dünyanın ilk smartfonu təqdim edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol