• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Apple iPhone 19-un buraxılışını ləğv edib

Apple iPhone 19-un buraxılışını ləğv edib
22.10.2025 23:58

Amerikanın texnologiya nəhəngi “Apple” 2027-ci ildə “iPhone 19” modelini təqdim etməyəcək.Bu barədə Cənubi Koreyanın “ETNews” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar “Omdia” analitiki Xo Mu Yel tərəfindən təsdiqlənib.

O bildirib ki, Apple 2027-ci ildə iPhone seriyasını “19” modeli ilə davam etdirmək əvəzinə, birbaşa “iPhone 20” adı altında yeni nəsil smartfonları təqdim edəcək. Bunun səbəbi həmin ilin ilk iPhone-un buraxılışının 20 illiyi ilə üst-üstə düşməsidir.

“Apple” bu yanaşmadan əvvəllər də istifadə edib. Belə ki, 2017-ci ildə şirkət iPhone-un 10 illiyini qeyd edərkən “iPhone 9” modelini buraxmamış, onun əvəzində eyni ildə həm “iPhone 8”, həm də “iPhone X” (10) modellərini təqdim etmişdi.

Ekspertlər hesab edirlər ki, bu addım Apple-ın brend strategiyasının bir hissəsidir. Şirkət yeni mərhələyə keçidi vurğulamaq və məhsul xəttini yubiley ili ilə simvolik şəkildə əlaqələndirmək istəyir. “iPhone 20” adı həm də texnoloji irəliləyişin və yeni dizayn fəlsəfəsinin başlanğıcını ifadə edəcək.

Texnoloji analitiklər hesab edirlər ki, “iPhone 20” yubiley modeli kimi tamamilə yeni konseptlə – fərqli dizayn, süni intellekt əsaslı kamera sistemləri, daha güclü A-seriyalı prosessor və innovativ ekran texnologiyası ilə təqdim ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan orbitə “Zəfər” peyki buraxıb
Texnologiya 23:44
Azərbaycan orbitə “Zəfər” peyki buraxıb
“Xiaomi” zavodlarında insanları robotlarla əvəz edəcək
Texnologiya 21:27
“Xiaomi” zavodlarında insanları robotlarla əvəz edəcək
“ChatGPT”də yeni funksiya təqdim edilib
Texnologiya 20:33
“ChatGPT”də yeni funksiya təqdim edilib
“WhatsApp”da yenilik
Texnologiya 22:36
“WhatsApp”da yenilik
YouTube köhnə funksiyasını geri qaytarır
Texnologiya 22:57
YouTube köhnə funksiyasını geri qaytarır
Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir
Texnologiya 18:06
Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir
Bir telefonda bir neçə “WhatsApp” hesabını idarə etmək mümkün olacaq
Texnologiya 20:04
Bir telefonda bir neçə “WhatsApp” hesabını idarə etmək mümkün olacaq
OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başlayıb
Texnologiya 15:56
OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başlayıb
“Whatsapp” bu telefonlarda işləməyəcək
Texnologiya 10:30
“Whatsapp” bu telefonlarda işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol