• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir
20.11.2025 18:06

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ABŞ-nin Federal Kommunikasiya Komissiyasının (FCC) nümayəndələri ilə görüşüb.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, məqsədləri və son dövrdə həyata keçirilən layihələr barədə məlumat verilib. İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov bildirib ki, qısa müddət əvvəl yaradılmasına baxmayaraq, qurum telekommunikasiya sektorunda tənzimləmənin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və rəqəmsal bazarın sağlamlaşdırılması istiqamətində mühüm işlər görüb.

İKTA rəsmisi ABŞ-nin META, “Google” kimi transmilli şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını, bu istiqamətdə FCC-nin dəstəyindən yararlanmaq istədiklərini deyib. Həmçinin vurğulanıb ki, telekommunikasiya sektorunun effektiv tənzimlənməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi prioritetdir. FCC-nin uzunmüddətli tənzimləmə təcrübəsi və tətbiq etdiyi modellər Azərbaycan üçün xüsusi maraq doğurur və İKTA-nın gələcək tənzimləmə çərçivəsinin formalaşmasında dəyərli bençmark hesab olunur.

FCC rəsmiləri öz növbəsində Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Qeyd edilib ki, Federal Kommunikasiya Komissiyasının tənzimləmə meyarları Avropa modelindən fərqlənir. Bu baxımdan FCC İKTA ilə əməkdaşlıq imkanlarını genişləndirməkdə maraqlıdır.

Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin və işçi görüşlərinin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“WhatsApp”da yenilik
Texnologiya 22:36
“WhatsApp”da yenilik
YouTube köhnə funksiyasını geri qaytarır
Texnologiya 22:57
YouTube köhnə funksiyasını geri qaytarır
Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir
Texnologiya 18:06
Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir
Bir telefonda bir neçə “WhatsApp” hesabını idarə etmək mümkün olacaq
Texnologiya 20:04
Bir telefonda bir neçə “WhatsApp” hesabını idarə etmək mümkün olacaq
OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başlayıb
Texnologiya 15:56
OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başlayıb
“Whatsapp” bu telefonlarda işləməyəcək
Texnologiya 10:30
“Whatsapp” bu telefonlarda işləməyəcək
Azərbaycanda süni intellekt aparıcı İKT xəbərlərini təqdim edəcək
Texnologiya 22:30
Azərbaycanda süni intellekt aparıcı İKT xəbərlərini təqdim edəcək
"WhatsApp"da ləqəb üzrə axtarışı funksiyası istifadəyə verilib
Texnologiya 21:21
"WhatsApp"da ləqəb üzrə axtarışı funksiyası istifadəyə verilib
Azərbaycanda vətəndaşa verilən sənədləri süni intellekt hazırlayacaq
Texnologiya 22:52
Azərbaycanda vətəndaşa verilən sənədləri süni intellekt hazırlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol