Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Azərbaycan süni intellekt sahəsində 195 ölkə arasında 75-ci yerdədir. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.
O qeyd edib ki, Qafqazda ölkəmiz birinci, Mərkəzi Asiyada isə ön sıralardadır.
Əsədov əlavə edib ki, qarşıdakı əsas hədəf bu dinamikanı qoruyub saxlamaq və süni intellekt sahəsində tərəqqini davam etdirməkdir.
Gülnar Nazimqızı