Teymur Rəcəbov ABŞ və Rusiya yığmasına qarşı

23:30 | 06.05.2020
Teymur Rəcəbov ABŞ və Rusiya yığmasına qarşı

Teymur Rəcəbov ABŞ və Rusiya yığmasına qarşı

Onlayn formatda keçirilən şahmat üzrə Millətlər Kubokunda bu gün III və IV turların görüşləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı "Dünyanın qalan hissəsi” yığması III turda ABŞ komandası ilə mübarizə aparacaq. Teymurun birinci lövhədə Hikaru Nakamura və ya Fabiano Karuana ilə qarşılaşacağı gözlənilir.

IV turda "Dünyanın qalan hissəsi” komandası Rusiya yığması ilə qarşılaşacaq. Böyük ehtimalla Teymurun rəqibi Yan Nepomnyaşi olacaq.  

Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM