Təyyarə Bakıdan Yekaterinburqa bir sutkadan çox uçdu

18:16 | 26.04.2014
Təyyarə Bakıdan Yekaterinburqa bir sutkadan çox uçdu

Təyyarə Bakıdan Yekaterinburqa bir sutkadan çox uçdu

Bakıdan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Ural-Airlines” aviaşirkətinə məxsus “U6-2952” saylı təyyarə reysinin “Koltsovo” hava limanına enə bilməsi üçün bir sutkadan çox vaxt lazım gəlib. 
Lent.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanını aprelin 24-də saat 22:25-də tərk etmiş hava gəmisi aprelin 25-də Bakı vaxtı ilə saat 23:29-da Yekaterinburqa çata bilib.
 
Bunadək təyyarənin ünvanına yetişmək üçün iki cəhdi əlverişsiz hava şəraiti üzündən uğursuzluqla nəticələnib. Əvvəlcə təyyarə aprelin 25-nə keçən gedə yerli vaxtla saat 01:53-də Çelyabinsk hava limanına enib. Dünən hava gəmisi saat 10:43-də oradan Yekaterinburqa uçmaq istəyib. Amma təyyarə şəhər üzərində on dəfə dövrə vurmasına baxmayaraq, “Koltsovo”ya eniş yenə alınmayıb. Bu dəfə təyyarə saat 14:04-də Perm aeroportuna enib.
 
Orada sərnişinlərin 40 faizi xüsusi olaraq, ayrılmış avtobusla evlərinə yola düşüblər. Qalan sərnişinlər isə aeroportda 9 saatdan çox gözlədikdən sonra, nəhayət, saat 23:45-də havaya qalxıblar. 44 dəqiqəlik uçuşdan sonra təyyarə yerli vaxtla gecə saat 00:29-da Koltsovoya eniş edib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti