Təyyarənin "qara qutu”su 3 ölkənin iştirakı ilə açılacaq

10:52 | 31.12.2024
Təyyarənin

Təyyarənin "qara qutu”su 3 ölkənin iştirakı ilə açılacaq

Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları”na məxsus təyyarənin "qara qutu”larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.
 
TASS xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.

""Qara qutu”lar Braziliyaya dekabrın 31-də çatacaq. İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti