"The Beatles" üzvünün evi satışa çıxarıldı

22:57 | 02.03.2015

"The Beatles" üzvünün evi satışa çıxarıldı

"The Beatles"in yaradıcılarından bir olan Paul Makkartninin doğulub-böyüdüyü ev açıq satışa çıxarıldı.

ANN.Az xarici ölkə mediasına istinadn xəbər verir ki, Liverpulda yerləşən ev təxminən 400 min dollara satılıb. Makkartni bu evdə 6 il yaşayıb.

Satılan bu ev qrupun məşhur vaxtlarında verilən konsertlərin hazırlıq proseslərinə şahidlik edib.

Ev əsaslı şəkildə təmir olunduqdan sonra yeni sahibinə təhvil verilib.

Xatırladaq ki, bundan əvvəl Georgi Harrisonun Liverpuldakı köhnə evi 300 min dollara, Con Lennonun uşaqlıq evi isə 1 milyon dollara satılıb.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM