"Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi bizim hamımıza toxunan qərarlar qəbul edir. Bu, hakimiyyətin son sözə malik olan pilləsinin ən güclüsüdür. Əvvəl onun fəaliyyəti qərəzsiz idi. O, nə dini inanca əsaslanırdı, nə də qeyri-siyasi ideologiyaya. Ancaq hazırda vəziyyət dəyişib. Bu gün mühafizəkar siyasi baxışlara malik hakimlər əksəriyyət təşkil edirlər.
Bunu artıq əksəriyyət düzgün hesab etmir. Keçmişin qərəzsiz olaraq tanınan məhkəməsi indi dini inanca və siyasətə əsaslanan qərarlar qəbul etməsi yolverilməzdir.
Bu yaxınlarda bu qurum özəl şirkətlərin abort etdirən qadınlara tibbi sığorta ödəyib-ödəməməsinə dair məsələyə baxdı. Məhkəmə qət etdi ki, bu kimi hallarda özəl şirkətlər özləri qərar çıxara bilərlər. Dolayısı ilə bu o deməkdir ki, abort etdirən qadınlara sığorta ödəməkdən imtina etmək üçün sığorta şirkətləri dini inancları əllərində rəhbər tuta bilər. Bəs insanlara belə münasibət ədalətli ola bilərmi? Belə çıxır ki, öz dini inanclarına malik olan şirkət və ya insan, inanclarına görə ölkənin qanunlarına tabe olmamalıdır. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Ali Məhkəmə dini inanclarına görə tibbi yardım göstərilməsindən imtina edilməsi üçün istənilən insana və ya şirkətə səlahiyyət vermək hüququna malikdirmi? Rəhbərlərindən 5 nəfərinin mühafizəkar olduğu əksər özəl şirkətlər bu qərarı müstəqil şəkildə qəbul edə bilməsinin lehinə səs verdilər. (Norm Stüart, Florida ştatı)
Mario Kuomo müqəddəs deyildi
Üç dəfə Nyu York ştatının qubernatoru olmuş və 82 yaşında dünyasını dəyişmiş siyasətçi-demokrat Mario Kuomo müqəddəs deyil. O, islahatçı da hesab olunmur və Nyu Yorkun, daha doğrusu, Nyu York Demokrat Partiyasının ərazi üzrə ən böyük, əhalisinin sayına görə isə ikinci olan Kuins rayonunun qürurlu nümayəndəsi idi.
Kuomo 1983-cü ildən 1994-cü ilə qədər Nyu York ştatının qubernatoru vəzifəsində işləyib. O, amerikalılar arasında o qədər böyük şöhrət qazanıb ki, ona bir neçə dəfə prezident postu uğrunda mübarizədə iştirak etmək təklif edilib.
Kuomo sinfi mübarizədə "Parçala və hökm et!” siyasətindən istifadə edib. O, 1982-ci ildə keçirilən debatlar zamanı diqqəti Lyu Lermanın saatına cəlb etməyi necə bacarmışdı? Lerman "Rite Aid" aptek şəbəkəsinin yaradıcısı və milyoner idi. Bütün uğurları da öz hesabına qazanmışdı.
Kuomonun üstünlüyü onun böyük natiq və polemikaçı olması idi, məhz bunun sayəsində o, öz rəqiblərini üstələdi və şöhrət qazandı. 1986-da o, ikinci müddətə seçilmək üçün "Rose Garden"in strategiyasını təkrarladı. Kuomonun debatlarından biri on bir saat davam etmişdi.
Biz hamımız bu böyük insanın itkisinə görə kədərlənirik. Ancaq, Mario Kuomo müqəddəsliyə layiq deyil. O, bizim kimi ölümlü insanlardan biri idi. (Larri Penner, Qreyt-Nek, N.Yu-dan.)
ABŞ kosmik müqavilələr üçün mübarizəyə milyonlar xərcləyir
Peyklərə və kosmik sistemlərə tətbiq edilən ixracat nəzarətinin islahatçılıq qaydaları bu ilin noyabrında qüvvəyə mindi. Bununla belə, peykin buraxılmasına və kosmik texnikanın genişlənməsinə baxmayaraq, ABŞ-ın bu yeni qaydaları, deyəsən, daha çox məhdudiyyətlər gətirdi, nəinki azadlıqlar.
Söhbət Amerikanın qərb yönümlü müttəfiqi, 2013-cü ildə ABŞ istehsalı olan ilk telekommunikasiya peykini buraxan və bu layihəyə 120 milyon dollar xərcləyən Azərbaycandan gedir. Ancaq ABŞ Dövlət Departamentində, yeri müşahidə etmək və təsvirlərin işlənilməsi üçün ikinci və üçüncü peyklərin yoxluğu səbəbindən yaranmış maneələrə və süründürməçiliyə görə, Azərbaycana kifayət qədər diqqət ayrılmamışdı və buna görə də ölkə "Airbus" adlı Fransız-alman şirkətiylə əməkdaşlıq etməyə başladı və şirkətin gəlirləri 300 milyon dollar artdı. Fərqi görün: avropalılar Amerika şirkətlərinin fəaliyyətsizliyindən mənfəət əldə etdilər və Bakının məhz onlarla müqavilə bağlaması üçün Azərbaycana səylə qulluq etməyə başladılar. Bəs nəticədə biz nə aldıq? Avropa İttifaqının işçiləri və müəssisələr üçün qələbə, Amerika şirkətləri və onların işçiləri üçün böyük maliyyə itkisi. Bu da ABŞ Dövlət Departamentinin fəaliyyəti!..
2015-ci ildə Azərbaycan daha bir telekommunikasiya peykini buraxacaq. Avropa şirkətlərindən bayrağı götürmək və real mənfəət əldə etmək üçün Azərbaycanla yeni maliyyə müqavilələrini bağlamağın vaxtı çatıb. (Haya Baysel, Sprinqfild, Virciniya ştatı)"
Tərcümə: Ramil Rahiboğlu
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !