Tikinti materiallarının istehsalının ümumi dəyəri ARTIB

15:14 | 12.08.2022
Tikinti materiallarının istehsalının ümumi dəyəri ARTIB

Tikinti materiallarının istehsalının ümumi dəyəri ARTIB

Azərbaycan tikinti materiallarının istehsalı sahəsində 2022-ci ilin yanvar-iyulunda istehsalın ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9% azalaraq 620,2 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb.
 
Dövr ərzində tikinti gipsinin istehsalı 36,6%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34,5%, hörmə üçün hazır beton qarışığının istehsalı 23,1%, tikinti əhənginin istehsalı 12,7%, asfaltın istehsalı isə 0,2% artıb.
 

 
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-iyulunda 922,4 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 32,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 17,2% artım müşahidə olunub. 2022-ci ilin yanvar-iyulunda polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 78,5%, polad tökmə istehsalı 49,7% artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 20062,3 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.
 

 

Ləman Qasımova

 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti