• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Orta Dəhlizin gücünü 15 milyon ton artırmağı planlaşdırır

Azərbaycan Orta Dəhlizin gücünü 15 milyon ton artırmağı planlaşdırır
06.10.2026 14:22

Azərbaycanın ümumi tranzit yük həcminin 2026-cı ildə 16 milyon tonu, Orta Dəhliz üzrə daşımaların isə 5,5 milyon tonu keçəcəyi gözlənilir. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev bildirib.

Onun sözıərinə görə, Orta Dəhlizin inkişafı Azərbaycanın uzunmüddətli nəqliyyat siyasətinin mühüm istiqamətlərindən biridir.

O bildirib ki, son onilliklərdə Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına böyük investisiyalar yatırıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun illik buraxılış gücü hazırda 5 milyon ton, Bakı Limanının yük gücü isə 15 milyon ton və 160 min TEU təşkil edir. Limanın gücünün 2030-cu ilədək 25 milyon ton və 500 min TEU-ya çatdırılması planlaşdırılır.

Əliyev bildirib ki, Azərbaycan dəmir yolları, magistral yollar, hava limanları və sərhəd-keçid məntəqələri ilə yanaşı, yeni nəqliyyat bağlantılarının yaradılmasına da diqqət yetirir.

Onun sözlərinə görə, Zəngəzur Dəhlizi bu layihələrin əsas istiqamətlərindən biridir və onun Azərbaycanın əsas hissəsindəki bölməsinin tikintisi demək olar ki, başa çatıb. Layihənin gələn il istismara verilməsi gözlənilir.

Türkiyə ərazisində isə 224 kilometrlik Qars-Dilucu dəmir yolu hissəsinin tikintisinin 2030-cu ilədək tamamlanması planlaşdırılır. Bu layihələrin Orta Dəhlizin buraxılış gücünü əlavə 15 milyon ton artıracağı gözlənilir.

Əliyev qeyd edib ki, Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malik ASCO-nun imkanlarını da genişləndirir. Artan tələbatı qarşılamaq üçün konteyner gəmiləri, super bərələr və Ro-Ro gəmiləri sifariş edilib.

Azərbaycan bu il Çindən təxminən 600 müntəzəm blok qatarı qəbul edib.

Əliyev bildirib ki, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması yalnız fiziki infrastrukturun inkişafından deyil, həm də rəqəmsal və prosedur əlaqəliliyin gücləndirilməsindən asılıdır.

Onun sözlərinə görə, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, süni intellekt əsaslı risklərin idarə edilməsi, avtomatlaşdırılmış skan sistemləri, hüquqi standartların uyğunlaşdırılması və ölkələr arasında koordinasiyanın gücləndirilməsi dəhlizin səmərəliliyinin artırılması üçün vacibdir.

“Fiziki infrastrukturun inkişafı nəqliyyat əlaqəliliyi üçün ön şərtdir, lakin burada əsas açar söz sinxronlaşdırılmış inkişafdır”, - Əliyev bildirib.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol