“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

19:48 | 24.10.2024
“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib


"TikTok” Azərbaycandakı auditoriyaya "TikTok for Business” platformasını təqdim edib.Bu barədə şirkətdən məlumat verilib.
 
"TikTok for Business” platforması böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər, FMCG və gözəllik sənayesidən elektron ticarət və videooyunların yaradıcılarına qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.

"TikTok for Business” platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda, brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. "TikTok for Business”in geniş alət dəsti istənilən hədəfə çatmağa imkan verir: yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər. Biz Azərbaycanda şirkətlərin "TikTok”un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik”, – deyə şirkətin Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiyada Qlobal biznes həlləri departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.

"TikTok”un yeni tətbiqi ilə;

– Brendlər "TikTok”u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir: "İstifadəçilərimizin 74 faizi platformada olan reklamları kreativ hesab edir, 67 faizi isə "TikTok”dakı reklamların unikal olduğunu düşünür.

– "TikTok” icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. "TikTok” istifadəçiləri razılaşırlar ki, digər onlayn platformalarla müqayisədə bu platforma 1,8 dəfə daha çox onlara düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib. İstifadəçilərin 80 faizdən çoxu isə "TikTok”un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir.

– "TikTok”da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan "#TikTokMadeMeBuyIt” həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.

Araşdırmalar göstərir ki, "TikTok”da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61 faizi "TikTok”da məzmunu gördükdən sonra alış-veriş ediblər. "TikTok” istifadəçilərinin isə 76 faizi platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar.

İndi Azərbaycandakı şirkətlər "TikTok”da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM