TikTok İnstaqrama rəqib olacaq yeni tətbiqini təqdim edib

10:09 | 22.06.2024
TikTok İnstaqrama rəqib olacaq yeni tətbiqini təqdim edib

TikTok İnstaqrama rəqib olacaq yeni tətbiqini təqdim edib


TikTok yeni sosial media tətbiqi olan "Whee”ni təqdim edib.Bu barədə türk KİV-ləri xəbər verib.

Məlumata görə, proqram istifadəçilərə yalnız fotoşəkilləri paylaşmağa imkan verir. Ötən aylarda 30 dəqiqəlik videolarla yutubda yer almağa hazırlaşan TikTok instaqrama rəqib olacaq tətbiqi hazırlayıb.

Bu tətbiq instaqramdan fərqli olaraq, yalnız dostlarınızın görə biləcəyi fotoşəkilləri paylaşmaq üçün nəzərdə tutulub.

"Whee” adlı foto tətbiqi hazırda "Google Play Store”da test mərhələsindədir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb