"İri obyektlər, təhsil müəssisələri, hərbi hissələr paytaxtdan kənara çıxarılarsa, tıxac problem həll olunar” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov tıxac probleminin həll edilməsi ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.
Ekspert Avropa Oyunları üçün təşkil edilmiş qaydalar, yəni iş vaxtlarının dəyişdirilməsi nəqliyyatın sıxlığının aradan qaldırılmasının ən optimal üsullarından biri olduğunu vurğulayıb: "Yəni dövlət işçilərinin iş vaxtının saat 08:00-da, özəl sektorda çalışanların işi saat 09:00-da, ali məktəblərdə dərs vaxtı 09:30-da fərqli vaxtlar başladığından nəqliyyatda sıxlıq daha az olur”.
Tıxacın aradan qaldırılması ilə bağlı ənənəvi üsullardan istifadə etməyin daha məqsədə uyğun olduğunu deyən ekspert universitetlərin, müxtəlif dövlət idarələrin və.s paytaxtdan kənara çıxarılmasını tərəfdarı olduğunu vurğulayıb: "Əgər bu və daha iri obyektlər hətta hərbi hissələr paytaxtdan kənara çıxarılarsa, tıxac problemi öz həllini tapar. Nəzərə alsaq ki, orta hesabla bir ali təhsil müəssisəsində 18 min tələbə və müəllim heyəti orada işləyib, təhsil alır. Bu insanlarında eyni vaxtda ictimai nəqliyyatdan istifadə etməsi nəqliyyatda böyük sıxlıqlara səbəb olur. Bundan başqa əgər universitetlər regionlara köçürülərsə, bu həmdə regionların inkişafınada çox böyük dəstək olar. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan ABŞ-da da ən aparıcı universitetlər şəhər mərkəzlərindən kənarda yerləşir. Yəni bu dünyada sübut edilmiş bir praktikadır.”
Bundan başqa ekspert sıxlığı aradan qaldırmaq üçün paytaxt ərazisində mağazalara qida məhsullarını paylayan iri nəqliyyat vasitələrinin gecə saatlarında işə başlaması daha məqsədə uyğun olduğunu bildirib: "Bu işlə məşğul olan sürücülər gün ərzində avtomobili istədikləri kimi saxlayıb, mağazalara qida məhsulları verdiklərini əsas gətirərək öz işlərinə davam edirlər və buda tıxaclarına yaranmasına səbəb olur”.
Ekspert daha sonra vurğulayıb ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi rayon maşınlarının paytaxta daxil olmaslı üçün xüsusi vergi alınır: "Bu həm də paytaxtda olan maşınların sayının azalmasınada gətirib çıxara bilər”.
İqtisadçı ekspert maşınların nömrələrinin tək və ya cüt olmaları ilə əlaqədar şəhərə buraxılmasının tərəfdarı olmadığını deyib: "Bu qayda tətbiq olunarsa, çox qarışıqlığa səbəb olacaq. Həm də şəhər sakinlərinin nəqliyyatla hərəkəti üçün çox böyük çətinlik yaradacaq”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !