Qızı Nərgiz Yaqublunun dünyasını dəyişməsi ilə bağlı müvəqqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu cəzaçəkmə müəssisəsinə qaytarılıb.
T. Yaqublunun qızı aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmət həbsdə olan T.Yaqublu yas mərasimində iştirak etmək üçün aprelin 24-də 7 günlük müvəqqəti azadlığa buraxılıb.
T.Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
T. Yaqublu cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !