Ələsgər Məmmədli və Ruslan İzzətli haqqında 4 aylıq həbs qərarı verilib - Yenilənib

19:41 | 09.03.2024
Ələsgər Məmmədli və Ruslan İzzətli haqqında 4 aylıq həbs qərarı verilib - Yenilənib

Ələsgər Məmmədli və Ruslan İzzətli haqqında 4 aylıq həbs qərarı verilib - Yenilənib

 Üçüncü Respublika platformasının təsisçilərindən olan Ruslan İzzətli barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib.Bu barədə onun həyat yoldaşı Günel Manaflı jurnalistlərə açıqlamasında deyib.
 
18:25
Xətai Rayon Məhkəməsi "Toplum Tv" -nin təsisçisi Ələsgər Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

 
Ələsgər Məmmədlinin həkimi Aydın Əliyev bildirib ki, onun səhhərində ciddi problemlər var. 
 
 8 mart- 23:03
"Toplum TV" işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə şübhəli şəxs qismində saxlanılan Nida Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov həbsinə etiraz olaraq quru aclığa başlayıb. Bu barədə məlumatı Nida Vətəndaş Hərəkatı yayıb.

"Həmçinin eyni iş üzrə həbs edilən Ramil Babayevin də aclıq aksiyasına başladığı qeyd edilir. Hər iki şəxsin səhhəti ilə bağlı dərin narahatlıq keçirməklə yanaşı şərlənərək həbs edilmələrinə qarşı etirazlarına sayğı duyuruq", deyə, açıqlamada bildirilir.
 
20:36
Toplum Tv-nin saxlanılan iki əməkdaşı Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov öz facebook hesabında yazıb. 
 
Təqsirləndirilən şəxslər haqqında "polisin nəzarəti altına vermə" qətimkanı tədbiri seçilib. 

19:49
 
Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov barəsində Xətai Rayon Məhkəməsi 4 ay müddətinə həbs qətimkanı tədbiri seçib.
 
19:05
Xətai Rayon Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynaov barəsində 4 ay müddətində həbs qətimkanı tədbiri seçib. Bu barədə onun vəkili Fariz Namazlı deyib.
 
19:00
 
Ələsgər Məmmədlinin evində axtarış bitib. Axtarış nəticəsində onun evində 60 min avro pul "tapılıb”. Bu barədə onun yaxınları Turana açıqlamasında deyib.
 

 18:23

Xətai Rayon Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib. Bu barədə Akif Qurbanovun vəkili Şəhla Hümbətova açıqlama verərək bildirib.  
 

Ələsgər Məmmədli və Rüstəm İzzətlinin mənzillərində axtarış aparılır.

Saat 14.00 radələrində bu gün səhər saatlarında saxlanılan Ələsgər Məmmədli və Rüstəm İzzətlinin mənzillərində axtarış başlayıb. Bu barədə onların yaxınları məlumat verib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin saxlanıldığı deyilir. Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl facebook hesabında yazıb.

Daxili İşlər Nazirliyinin bununla bağlı rəsmi açıqlaması yoxdur.
 
 
7 mart-13:57
_____ 
Britaniya "Toplum Tv”nin jurnalistləri və "3-cü Respublika” siyasi hərəkatının üzvünün həbsi ilə bağlı dərin narahatdır. Bu barədə Azərbaycandakı Britaniya səfirliyinin rəsmi facebook səhifəsindəə paylaşım edilib. 
 
"Britaniya "Toplum Tv”nin jurnalistləri və "3-cü Respublika” siyasi hərəkatının üzvünün həbsi ilə bağlı dərin narahatdır.Biz -ı bu yaxınlarda həbs edilmiş media nümayəndələri daxil olmaqla, hər bir kəsin ifadə azadlığı və fundamental insan hüquqlarını qorumağa çağırırıq", - səfirliyin açıqlamasında deyilir. 
 _____
 
12:00

Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların müstəqil Toplum TV-nin ofisinə basqın etməsi, eləcə də bir neçə müstəqil jurnalistin və vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı xəbərlərdən "dərin narahat olduğunu” bildirib. Bu barədə Turan agentliyi yazıb.


"Biz Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir. Onlar ifadə azadlığını boğmağı dayandırmalıdırlar – çünki bu, öz xalqının maraqlarına zıddır. Mən sizi əmin edə bilərəm ki, biz Azərbaycan rəsmiləri ilə özəl diplomatik müzakirələr apararkən — dövlət katibinin keçən ay etdiyi kimi, biz məhz bu məsələləri qaldırırıq”, - Metyu Miller Turan agentliyinin əməkdaşının sualını cavablandırarkən deyib. 

 
00.21
______ 
 
Toplum TV-nin müxbiri Fərid İsmayılov Cinayət məcəlləsinin qaçaqmalçılığı nəzərdə tutan 206.3.2 maddəsi ilə  şübhəli şəxs qismində saxlanılıb. Bunu onun vəkili Zibeydə Sadıqova bildirib. 
 
"Fərid mənə dedi ki, bu gün gündüz 2-dən onu əvvəlcə ofisdə, daha sonra  polis bölməsində saxlayıblar. Evində axtarış aparılıb və 3100 avro pul tapılıb. Fərid bu pulun ona aid olmadığını bildirib. Onu müəyyən sənədlərə imza atmağa məcbur ediblər. Bütün bunlarla bağlı etirazlarımızı protokollaşdırdıq",  -  Sadıqova deyib. 
 

 
O həmçinin bildirib ki, Fərid İsmayılov noyabrda burun və dekabrda 3 dəfə ağciyər əməliyyatı keçirib. Bununla bağlı narahatlığı var. 
 
23.38 
_______ 
 
Toplum TV-nin Youtube kanalı naməlum şəxslər tərəfindən ələ keçirilib. Bunu hüquq müdafiəçisi Rüfət Səfərov bildirib. 
 
Kanalın adı dəyişdirilərək NİİAAKQ S adlandırılıb.

 

 
23.21
______
 
Toplum TV  heç bir qanunaz zidd hərəkət etməyib və yeganə məqsəd ölkədə tənqid fikirlər irəli sürən tək-tük platformanı qapatmaqdır. Bunu Toplum TV baş redaktoru Xədicə İsmayıl jurnalistlərə bildirib. 

 
"Toplum TV hər hansı cinayət işi üçün hüquqi əsas verməyib. Mən saytın baş redaktoruyam və müəyyən edə bilmirəm niyə Toplum TV ofisində axtarış aparılıb, jurnalistlər saxlanılıb. Bu axtarış prosedur pozuntuları şəraitində aparılıb. 9 jurnalistimizin yeri bəlli deyil. Onların  valideynləri narahatdır. Bu redaksiyanın baş redaktoru mənəm. Gənc jurnalistlərlə nə işləri var. Təsəvvür edin ki, bu gənclərdə öz dövləti haqqında nə kimi fikirlər formalaşıb",  -  Xədicə İsmayıl bildirib. 
 
Onun sözlərinə görə, Toplum TV-nin jurnalisti Fərid İsmayılovun evindən 3100 avronun tapılmasında qəribə bir şey görmədiyini də deyib. 
 
"Mən bu pulun ona aid olub olmadığını bilmirəm. Amma aiddirsə burada nə var? Niyə jurnalistin 3100 avro pulu ola bilməsin?",  -  İsmayıl deyib
 
 
10.59 
_______
Tolum TV-nin təsisçisi və "üçüncü platformanı Akif Qurbanov Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə şübhəli bilinir. Bunu onun vəkili Şəhla Hümbətova jurnalistlərə bildirib. 
 
"Akif Qurbanovun dediyinə  görə, o və Ruslan İzzətli "Üçüncü platforma" ofisində saxlanılıb. Qurbanovun dediyinə görə, ofislərinə basqın edilib, onarı baqa bir otağa salıblar və ofisdən 30 min avro pul tapılıb. Akif Qurbanov bu pulun onlara aid olmadığını deyib",  -  Şəhla Hümbətova bildirib.
 
Onun sözlərinə görə, müstəntiq ona Akif Qurbanovun sabah məhkəməyə aparılacağını və barəsində həbs qətimkan tədbiri seçiləcəyini bildirib.
 
Vəkil həmçinin Qurbanovun evində aparılan  axtarışda iştirak etmək istədiyini , lakin buraxılmadığını da vurğulayıb.  

 

 
10.44
______
Toplum TV-nin redaktoru Xədicə İsmayıl saxlanılan və evə buraxılanlarla bağlı jurnalistlərə informasiya verib.

 
 
 
22.34
______ 
 
Toplum TV-nin 8 əməkdaşından altısı evə buraxılıb. Polis bölməsində yalnız Akif Qurbanov və Fərid İsmaylovun qaldığı bildirilir.
 
Onların vəkili Zibeydə Sadiqovanın verdiyi məlumata görə, Fərid İsmayılovun sabah məhkəməyə aparılacağı və barəsində həbs qəti imkan tədbirinin seçilməsinin mümkünlüyü ehtimal edilir. 
 
19.55
______ 
 
Toplum TV-nun əməkdaşı Fərid İsmayılovun və təsisçisi Akif Qurbanovun evində axtarış aparılıb. Özünü Fərid İsmaylovun dayısı oğlu kimi təqdim edən şəxs axtarış vaxtı onun evindən 3100 avro tapıldığını bildirib. 
 
AKif Qurbanovun evində aparılan axtarışın nəticələri barədə məlumat yoxdur. Hər iki şəxsin nədə ittiham olunması barədə rəsmi orqanlar hələ məlumat verməyib.
 
Onların harada olması barədə də bilgi yoxdur. ToplumTV əməkdaşları hər iki şəxsin telefonuna zəng çatmadığı və harada olmaları barədə ailə üzvlərinə məlumat olmadığ üçün onların polis tərəfindən saxlandığını ehtimal edirlər. 
 
DİN məsələ ilə bağlı yaxın vaxtlarda açıqlama veriləcəyini bildirib
 
 

 19.44
---------- 
Toplum TV-nin əməkdaşı Fərid İsmayılovun evində axtarış nəticəsində 3100 avro tapılıb. Bu barədə onun yaxınları məlumat verib
 
(Video əlavə olunub)
 
Toplum Tv-nin ofisində axtarış aparılır. Bu barədə adının bildirilməsini istəməyən əməkdaş anews.az-a açıqlamasında deyib. 
 
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
 
"Paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əlavə məlumat veriləcək", - DİN məlumatında deyilir. 
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb