Torontoda Azərbaycan Evi açıldı

20:21 | 05.04.2023
Torontoda Azərbaycan Evi açıldı

Torontoda Azərbaycan Evi açıldı

Kanadanın Ontario vilayətinin Toronto şəhərinin Nort York rayonunda Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri, Türkiyənin baş konsulu, yerli ictimaiyyətin, Hindistan, Özbəkistan və yəhudi icmalarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Tədbirə moderatorluq edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısının təzahürü kimi qiymətləndirib.

Tədbirdə Azərbaycan Evinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Evinin açılış mərasimi Azərbaycan icmasının 200-dən çox üzvü ilə daha geniş tərkibdə davam edib.

Sonra Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub.

Tədbirdə çıxış edən Vətən Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Lalin Həsənova fəaliyyət istiqamətləri barədə məlumat verib. Azərbaycan Evi hamımızın evidir, hər birimizin təşəbbüsünə və dəstəyinə açıqdır,- deyə bildirib.
Vətən Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb