Tovuzun Ermənistanla sərhəd kəndi Əlibəylidə vəziyyət yenidən gərginləşib.Kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gecə saat 22-dən başlayaraq saat 03.30-a kimi erməni silahlı qüvvələri kəndi iriçaplı silahlardan atəşə tutublar.Yaşayış evlərə ziyan dəysə də, xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb.Düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulub.Valeh Kərimovun bildirdiyinə görə, son bir neçə gündə erməni silahlı qüvvələri kəndi intensiv atəşə tutaraq sakinlərin kənd təsərrüfatı işləri ilə məşğul olmasına imkan vermir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !