Son günlər Türkiyə-Gürcüstan sərhədində gərginlik yaşanır. ANS PRESS-in məlumatına görə, Türkiyə sərhədçiləri Gürcüstanın içərilərinə doğru irəliləyib. Gürcüstan mətbuatının yazdığına görə, acarların yaşadığı Kirnati rayonunda sakinlər türk sərhədçilər tərəfindən saxlanılıb. Sərhədçilər sakinlərə onların Türkiyə torpaqlarına keçdiklərini deyib.Rayon sakinləri məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də heç bir cavab ala bilməyib. Rahon İcra Hakimiyyətindən sakinlərə deyiblər ki, türk sərhədçilərin Kirnati rayonunun içərilərinə doğru girməsi ilə bağlı rəsmi Tbilisiyə müraciət etsin.Hökumət nümayəndələrindən birinin “Vestnik Kavkaza” saytına müsahibsəində bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərində məğlubiyyətinə az qalmış Kirnati rayonunun bir hissəsini simvolik olaraq 1 lariyə Türkiyəyə bağışlayıb. Hökumət nümayəndəsinin sözlərinə görə, bununla bağlı sənəd də var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !