• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Türk əsilli alman futbolçu Suriyada öldürüldü - FOTO

Türk əsilli alman futbolçu Suriyada öldürüldü - FOTO
18.11.2013 19:01

Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Burak Karan Suriyada gedən döyüşlərdə həyatını itirib. 

Lent.az-ın məlumatına görə, bu barədə “Bild”ə onun bacısı Zuhal açıqlama verib. 

Bacısı bildirib ki, Burak 20 yaşında ikən karyerasını bitirib və yalnız cihaddan bəhs etməyə başlayıb. Türk əsilli sabiq futbolçu “Əl-Kaidə” ilə əlaqədə şübhəli bilinərək, təqib edilib. Lakin tutulmasına ehtiyac duyulmayıb. Daha sonra Burak vəhabilərə qoşulub. O, Suriyadakı müxafilət qüvvələrinə yardım üçün dərman və ərzaq toplayaraq, müharibə bölgəsinə göndərib. Lakin yardımların yerinə çatmadığını öyrənən Burak 7 ay öncə həyat yoldaşı və 2 övladı ilə birgə Türkiyə - Suriya sərhədinə üz tutub. O, Suriya ərazisinə keçərək, Bəşər Əsəd qüvvələrinə qarşı vuruşub. Oktyabrın 11-də Azaz qəsəbəsində gedən döyüş zamanı qarşı tərəfdən atılan bombanın partlaması nəticəsində sabiq futbolçu ölüb. İndi qardaşı Mustafa onun 23 yaşlı həyat yoldaşı Gülsümü, eləcə də 3 yaşlı oğlu Abdulla ilə 10 aylıq Əbdürrəhmanı qaçqın düşərgələrində axtarır.

Qeyd edək ki, Burak Karan futbolçu kimi Almaniyanın “Bayer”, “Herta”, “Hamburq”, “Hannover” və “Alemannia” komandalarında da çıxış edib. O, 2008-ci ilin iyulunda karyerasını başa vurub. Karan hazırda əsas millidə çıxış edən Sami Xedira, Kevin-Prins Boatenq və Dennis Aoqo kimi futbolçularla Almaniyanın 17 yaşadək yığmasında komanda yoldaşı olub.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Dünya 10:25
Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Dünya 07:19
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
Dünya 07:15
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Dünya 07:12
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Tramp Maskı tənqid edib
Dünya 07:06
Tramp Maskı tənqid edib
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol