Türk polisi azərbaycanlı diplomatı döydü

13:01 | 30.06.2014
Türk polisi azərbaycanlı diplomatı döydü

Türk polisi azərbaycanlı diplomatı döydü

Türkiyədə azərbaycanlı diplomata qarşı ədəbsiz addım atılıb. ANS PRESS-in məlumatına görə, Türkiyədəki Azərbaycan səfirliyinin diplomatı avtomobili yanlış idarə edildiyi üçün polis tərəfindən saxlanılıb. Məlumata görə, avtomobil xətalı dönüş edib. Bu zaman reydddə olan polis xüsusi nömrə nişanı olan maşını saxlayıb. Maşındakı rəsmi şəxs polisdən sənədlərini təqdim etməsini istəyib və Azərbaycan diplomatı olduğunu bildirib. Adı açıqlanmayan diplomatik sənədlərini də rəsmi sürətdə təqdim edib. Bundan sonra o yoluna davam etmək istəyib. Lakin polis gərəkli işlər görüləndən sonra yola davam edə biləcəklərini bildirib. Səfirlik əməkdaşı ona diplomatik qaydalara görə maşınlarını saxlaya bilməyəcəklərini, onun yoluna davam etməsinə icazə verilməsini istəyib. Lakin polis razılaşmayıb və nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Diplomat hadisə yerindən uzaqlaşaraq baş verənlər barədə səfirliyə polis tərəfindən döyülməsi barədə məlumat verib. Dərhal səfirlik Xarici İşlər Nazirliyi ilə əlaqəyə girib. Səfirlik hadisə ilə bağlı şikayət edib. Bundan sonra ölkənin Daxili İşlər Nazirliyinə məlumat verilib. Nazirliyin rəsmiləri dərhal azərbaycanlı diplomat ilə əlaqə yaradaraq hadisə ilə bağlı ən xırda detallara kimi araşdırma aparacaqlarını bildiriblər və diplomatdan üzr istəyiblər. Türk rəsmilərin üzrxahlığından sonra diplomat şikayətini geri götürü. Türkiyə mətbuatında yer alan məlumata görə, diplomat və səfirlik şikayətlərini geri götürmələri ilə iki ölkə yarana biləcək diplomatik böhranın qarşısını alınıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM