Türkiyədə “Balyoz” işi üzrə həbs olunanlar azadlığa buraxıldı

10:58 | 20.06.2014
Türkiyədə “Balyoz” işi üzrə həbs olunanlar azadlığa buraxıldı

Türkiyədə “Balyoz” işi üzrə həbs olunanlar azadlığa buraxıldı

“Balyoz” iddianaməsi üzrə həbsdə olan ordu generalları Çətin Doğan, Ergin Sayqun, İbrahim Fırtına, Bilgin Balanlı, Şükrü Sarıişık, sabiq hərbi-dəniz qüvvələri komandanı, admiral Özden Örnək, general-mayor Mehmet Otuzbiroğlu, MHP İstanbul millət vəkili Engin Alan azadlığa buraxılıb.
 İstanbul Anadolu 4-cü məhkəməsi adı çəkilən şəxslərlə birlikdə “Balyoz” ittihamnaməsində adı keçən 230 nəfərin azadlığa buraxılması barədə Konstitusiya Məhkəməsinin tələblərini təmin edib. Azadlığa buraxılacaq şəxslər arasında polkovnik Dursun Çiçək də var. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı həbsdə olan ordu mənsublarının azadlığa buraxılmasını alqışlayıb və onların ailələrinin sevincini bölüşdüyünü bildirib. Sincan həbsxanasından azadlığa çıxan MHP millət vəkili Engin Alan jurnalistlərə verdiyi ilk açıqlamada özünə qarşı haqsızlıqların əvəzsiz qalmayacağını deyib: SİNXRON “İlk sözüm budur. Konstitusiya Məhkəməsi verdiyi qərarla məhkəmə institutuna itən etibarə bərpa etmiş oldu. İkincisi, bu günə kim baş verən heç nə yox sayılmaz. Heç kim etdikləri əməllərinə əvəzsiz qalacağını düşünməsin. Bu alçaqlığı edən, planlaşdıran, həyata keçirən nə qədər namussuz varsa, şərəfli hakimlərin qarşısında əyləşib, layiq olduğu cəzanı alacaq”. Engin Alan gələn həftə parlamentə gedəcəyini deyib, amma həmin gün and içib-içməyəcəyinə qərar vermədiyini vurğulayıb. Ordu generalı Çətin Doğan da verdiyi ilk açıqlamada özlərinə qarşı haqsızlıq edən şəxslərin cəzalandırılması üçün sonadək mücadilə aparacaqlarını bildirib. 5 ildir günahsız yerə barmaqlıqlar arxasında saxlandığınmı deyən Çətin Doğan qeyd edib ki, ömrünün sonuna kimi haqq uğrunda yoluna davam edəcək.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM