Türkiyədə jurnalistlərin polis məntəqələrinə girişi qadağan olunur

21:38 | 23.12.2013
Türkiyədə jurnalistlərin polis məntəqələrinə girişi qadağan olunur

Türkiyədə jurnalistlərin polis məntəqələrinə girişi qadağan olunur

Dekabrın 22-də Türkiyə rəsmiləri jurnalistlərin polis məntəqələrinə girişinin qadağan edildiyini elan edib. Bu addım onlarla polisin hökumətə müraciəti ilə əsaslandırılır.

Son günlər Türkiyədə iki nazir oğlu və onlarla digər şəxslər korrupsiya ittihamı ilə həbs olunub. Türkiyənin baş naziri bu həsbləri “çirkli əməliyyat” adlandırıb və hökumətə qarşı yönəldiyini bildirib.

Türkiyə polisi akreditəsi olan jurnalistlərin səlahiyyətinin, eləcə də brifinq otaqlarının açarlarının onların əllərindən alınması ilə bağlı göstəriş verib.

“Hansısa hadisə ilə bağlı polisin bəyanatı olarsa mətbuat nümayəndələri dəvət olunacaqlar” - polisin yaydığı bəyanatda belə deyilir.

Uzun müddət polislə işləyən jurnalistlər bu qadağanı ağlasığmaz kimi görürlər.

Adının çəkilməsini istəməyən veteran jurnalist CNN Türkiyəyə deyib ki, 16 illik təcrübəsində belə bir halla ilk dəfə rastlaşıb:

“Bu qərar məni çox təəccübləndirdi. Bir tərəfdən medianın azadlığından danışılır, digər tərəfdən jurnalistlərin polis məntəqəsinə girişinə qadağa qoyulur. Bu çox qəribədir. Onlar bizi ancaq özlərinin istədikləri hadisələri yazmağa dəvət edəcəklər”.

Jurnalistlər bu qadağanın medianın susdurulmasının başlanğıcı olmasından narahatdılar.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti