Türkiyədə “Kürdüstan” adı ilə siyasi partiya quruldu

16:52 | 04.01.2014
Türkiyədə “Kürdüstan” adı ilə siyasi partiya quruldu

Türkiyədə “Kürdüstan” adı ilə siyasi partiya quruldu

 Türkiyədə ilk dəfə “Kürdüstan” adı ilə siyasi partiya qurulub. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kürdüstan Demokrat Partiyası-Türkiyə (kürdcə: Partiya Demokrata Kürdistan-Türkiye) adlı partiyanın qurucu başqanı Mehmet Emin Kardeş partiyanın təsis olunması haqda sənədləri digər 35 qurucu ilə birlikdə Daxili İşlər Nazirliyinə təqdim edib.    M. E. Kardeş partiyanın proqramının açıq, şəffaf və leqal olduğunu və demokratik yolla mübarizə aparacaqlarını söyləyib: “Yüz illərdir kürdlər haqq mübarizəsi aparır. İlk dəfə Kürdüstan adı ilə partiya qurduq. Biz bunu qanuni haqqımız olaraq görürük”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM