Türkiyədə partiya tərəfdarları arasında qarşıdurma: yaralılar var

Türkiyənin Diyarbəkir viyalətində kürdyönlü Sülh və Demokratiya Partiyası (BDP) və Hüda-Par (Hürdava Partiyası) tərəfdarları arasında qarşıdurma yaranıb, nəticədə 10 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verib.Məlumata görə, qarşıdurmaya səbəb hansı partiyanın 30 martda keçiriləcək bələdiyyə seçkilərində qalib gələcəyi haqqında mübahisə olub.Qəzetin məlumatına görə, qarşıdurmada 5 avtomobil yandırılıb.Diyarbərik polisinin müdaxiləsindən sonra qarşıdurmanın qarşısı alınıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 