Türkiyəli nazir: "Özümü vuraram" - Qalmaqal

11:40 | 23.12.2013
Türkiyəli nazir: "Özümü vuraram" - Qalmaqal

Türkiyəli nazir: "Özümü vuraram" - Qalmaqal

Türkiyə daxili işlər naziri Muammer Gülər Milliyyətçi Xalq Partiyası millət vəkili Lütfü Türkkanın "Twitter"da etdiyi şərhə cavab olaraq bu ifadələri deyib

Türkiyə daxili işlər naziri Müammər Gülər özünü vura biləcəyini deyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir Milliyyətçi Xalq Partiyası millət vəkili Lütfü Türkkanın "Twitter"da etdiyi şərhə cavab olaraq bu ifadələri deyib. Lütfü Türkkanın Alper Terzioğlu adıyla ailəmə, Atatürkə söyən adam Daxili İşlər naziri Muammer Gülərin oğlu Barış Gülermiş iddisına Gülər sərt cavab verib. Belə ki, daxili işlər naziri şəxsən Türkkana zəng edərək onun iddialarını yalanlayıb: "Əgər o "Twitter" hesabı oğlumundursa, özümü vuraram".

Qeyd edək ki, bir neçə gün öncə Milliyyətçi Xalq Partiyası millət vəkili Lütfü Türkkan ailəsini və Atatürkü "Twitter"da söyən şəxsin daxili işlər nazirinin oğlu olduğunu iddia edib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti