Tural Abbaslının partiyası qeydiyyata alınmayıb

15:11 | 27.07.2023
Tural Abbaslının partiyası qeydiyyata alınmayıb

Tural Abbaslının partiyası qeydiyyata alınmayıb

Ədliyyə Nazirliyi AĞ Partiyanın təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıq aşkarladığı üçün qeydiyyata almayıb. Bu barədə partiyanın sədri Tural Abbaslı öz Facebook səhifəsində paylaşım edib.

"Bu gün Ədliyyə Nazirliyindən partiyamızın yenidən qeydiyyatı ilə bağlı cavab məktubu almışıq. Təqdim etdiyimiz siyahının Ədliyyə Nazirliyi tərəfindən yoxlanışının ilkin nəticələrinə görə 4435 nəfər üzvümüz qeydə alınıb. 3414 nəfər reysterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar (adı, soyadı, ata adı) tərəfimizdən dəqiqləşdiriləcək. Tərəfimizdən dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı və s məlumatlar qeyd edilib. Texniki səbəblərdən reysterdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər işçi qrupumuz tərəfindən ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək və əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar”, - Tural Abbaslı paylaşımında vurğulayıb. 
 
İyulun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyası, iyulun 19-da Müsavat Partiyası, iyulun 17-də REAL Partiyası qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən nöqsanlar göstərilməklə mənfi cavab alıblar. 
 
 
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 31 partiya öz fəaliyyətinə xitam verib. 26 partiya isə reysterə daxil edilib. 
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb. 
 
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.

Rabia Səfəroğlu 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM