Turçinov: Ukrayna avrointeqrasiya kursuna qayıdacaq

20:05 | 24.02.2014
Turçinov: Ukrayna avrointeqrasiya kursuna qayıdacaq

Turçinov: Ukrayna avrointeqrasiya kursuna qayıdacaq

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov bu gün bəyan edib ki, ölkə avrointeqrasiya kursuna qayıdacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

A.Turçinovun "Batkivşina" partiyasının saytında yerləşdirilən bəyanatında deyilir: "Bizim prioritetimiz avrointeqrasiya kursuna qayıtmaqdır. Biz Avropa ölkələri ailəsinə qayıtmalıyıq".

O, ümid etdiyini bildirib ki, məhz Ukraynanın Avropa seçimi bu il mayın 25-də keçiriləcək prezident seçkilərində dəstəklənəcək: "Seçkilər azad, ədalətli və ən yüksək Avropa standartlarına uyğun keçiriləcək".

Dövlət başçısı vəzifələrini icra edən A.Turçinov vurğulayıb ki, hakimiyyətin bərpasından sonra dərhal istefaya getməyə hazırdır, lakin hələ Ukraynada sülh və barışığın, nizam-intizamın saxlanılması, ölkənin demokratik və Avropa inkişaf yoluna qayıtması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Ukraynanın Ali Radası (parlament) şənbə günü müxalif A.Turçinovu spiker seçib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM