• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Türk lirəsi niyə düşür və bu proses davam edəcəkmi?

Türk lirəsi niyə düşür və bu proses davam edəcəkmi?
30.05.2023 22:01
Türkiyə lirəsi sürətlə dəyərdən düşür.  Hazırda 1 ABŞ dolları 20.23 Tl-dir.
 
Mayın 28-də keçirilən seçkilərdə Rəcəb Təyyib Ərdoğan Türkiyənin növbəti prezidenti seçildi və bundan qısa zaman sonra lirənin qiymətində ciddi eniş müşahidə olunmağa başladı. Sosial şəbəkələrdə bir qisim insanlar bunun səbəbini Ərdoğanın daxili siyasəti ilə, digər qisim isə Qərb dövlətlərinin Türkiyəni sıxışdırmaq məqsədi ilə  etdiyini düşünürlər.
 
Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, lirənin dəyər itirməsində həm daxili, həm də xarici faktorların rolu var.
 
"Türkiyənin lirə ilə bağlı siyasətində, geopolitik proseslər əvvəlcə önəmli rol oynadı. Daha sonrakı proses daxili siyasi proseslərlə bağlıdır. Terrorla mübarizə və siyasi qarşıdurmalar bura daxildir. Şübhəsiz ki, digər məsələ qlobal məsələlərlə bağlıdır. Prezident öz çıxışında Beynəlxalq Valyuta Fondunu, ABŞ-ı, Avropanı  səbəb göstərir.  Amma ən önəmli səbəb təbii ki, bu deyil. Lirənin dəyərdən düşməsi maliyyə siyasəti ilə bağlıdır. Öncə infilyasiya aşağı salmalıdır. Bu ən ciddi məsələlərdən biridir. Digər bir məsələ maliyyə siyasətində fəaliyyət göstərən kadrlarla bağlıdır. Bu vəzifəyə daha uğurlu kadrlar təyin etmək lazımdır. Başqa bir məsələ lirəyə qarşı əhalinin güvəni ilə əlaqəlidir. Müxtəlif formalarda iqtisadiyyata inam ölübdür. Türkiyənin maliyyəsini yeyən ciddi faktrlardan biri də qaçqınlarla bağlıdır. Məncə Türkiyədə bu proses davam edəcək və müəyyən qədər lirədə xoşagəlməz nəticələrin ortaya çıxmasının şahidi ola bilərik. Ona görə də ölkədə yeni kabinetin  qurulmasına ehtiyac var”, - ekspert bildirib.
 
İqtisadçı ekpert Əkrəm Həsənov lirənin dəyər itirməsinin səbəbini bankla bağlı aparılan siyasətdə görür.
 
"Lirənin aşağı düşməsinin səbəbi Ərdoğanın Mərkəzi Bankla bağlı siyasəti ilə əlaqədardır. Mərkəzi Bankın faizlərinin aşağı olması lirənin də qiymətdən düşməsinə gətirib çıxarır və inflyasiyaya səbəb olur. Buna görə də Ərdoğanın Prezident seçilməsi Türkiyənin maliyyə bazarlarına siqnaldır və bu siyasət davam edəcək. Məncə Türkiyə iqtisadiyyatı bu duruma davam gətirəcək. Çünki Türkiyə iqtisadiyyatı kifayət qədər güclü, o cümlədən çoxşaxəli və hər-hansı bir resursdan ıdeyil. Ölkədə sənaye, kənd təsərrüfatı, turizm və digər sahələr kifayət qədər inkişaf edib. Bütün bunların sayəsində Turkiyə iqtisadiyyatının mövcud vəziyyətin öhdəsindən gələcəyini düşünürəm”, - ekspert bildirib.
 
Türkiyə lirəsi ABŞ dollarına qarşı cari ilin əvvəlindən 7,3%, son 10 ildə isə 90%-dən çox ucuzlaşıb.

Lirə Azərbaycan manatına nəzərən də enib. Belə ki, hazırda 1 Türkiyə lirəsi 0.0841 Azərbaycan manatı ekvivalentindədir. 
 
2021-ci il başlanandan Türkiyə iqtisadiyyatında, xüsusilə də maliyyə bazarlarında ciddi təlatümlər yaşanmaqdadır.
 
Prezident Rəcəb Tayib Ərdoğan 2021-ci ilin martında Mərkəzi Bankın rəhbərini vəzifəsindən azad etdikdən sonra ölkənin milli valyutası olan lirə üçün ciddi məzənnə itkisi  başlayıb. 

 
Eltac Nurullazadə
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol