Türkiyə Radio və Televiziya Yüksək Qurumu (RTÜK) Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva haqqında təhqiramiz ifadələrə yol verən "Show Radyo”ya sərt cəza verib.
Anadolu agentliyi xəbər verir ki, RTÜK adıçəkilən radio kanalındakı "Matrax” adlı verilişin 5 dəfə dayandırılmasına və pul cəzası verilməsinə qərar verib.
Qeyd edək ki, Zeki Kayahan Coşkunun aparıcısı olduğu verilişin 16 yanvarda Bakı vaxtı ilə 23:00 - 02:00 saatl
arı arasındakı buraxılışında İ.Əliyev və M.Əliyeva haqqında təhqiramiz ifadələr səsləndirilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !