Türkiyə-Azərbaycan Universiteti bu ünvanda fəaliyyət göstərəcək

16:20 | 07.08.2024
Türkiyə-Azərbaycan Universiteti bu ünvanda fəaliyyət göstərəcək

Türkiyə-Azərbaycan Universiteti bu ünvanda fəaliyyət göstərəcək

Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universiteti Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək. Bu barədə report məlumat yayıb. 

Artıq tələbə qəbulu ilə bağlı universitetdə tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.

Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.


TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM