Türkiyə daha 400 suriyalı üçün qərar verdi

15:10 | 03.06.2015
Türkiyə daha 400 suriyalı üçün qərar verdi

Türkiyə daha 400 suriyalı üçün qərar verdi

Haseke şəhərinin Rasulayn bölgəsində yaşayan əhali Türkiyə sərhədinə sığınıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa əyalətinin Akçakalə ilçəsinin sərhəd xəttində gözləyən 400 suriyalının Türkiyə ərazisinə keçidinə start verilib. Qeyd edək ki, yaşadıqları Rasulayn bölgəsində gedən şiddətli döyüşlər səbəbindən yerli əhali öz yurd-yuvalarından didərgin düşərək qonşu Türkiyə respublikasına pənah gətiriblər.

Şanlıurfa valisi İzzəttin Küçük yerli media orqanlarına açıqlamasında deyib ki, bu gün səhər saatlarında sərhəddə gözləyən 400 nəfər suriyalının ölkəyə keçidinə icazə verilib.

Suriyalı qaçqınlara hər cür maddi yardımın edildiyini deyən İ.Küçük sərhəddəki hadisələri yaxından müşahidə etdiklərini və nəzarətdə saxladıqlarını vurğulayıb.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM