Türkiyə İrana ultimatum verib

13:49 | 01.07.2024
Türkiyə İrana ultimatum verib

Türkiyə İrana ultimatum verib

Türkiyə İrandan Kürdüstan Fəhlə Partiyasına (PKK) silah verməməyi və Ankaranın silahlı kürd qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə "Yeni Şəfəq” qəzeti xəbər verib.  

Qəzetin yazdığına görə, Türkiyə hökuməti orduya kürd yaraqlılarına istənilən silah-sursat ehtiyatını məhv etməyi tapşırıb.


"Ötən həftə Süleymaniyyədə  Türkiyə və İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, - nəşr yazır.

Məlumata görə, İran rəsmiləri PKK-ya hər hansı təchizat etmədiklərini bildiriblər.

"Bundan sonra Türkiyə rəsmiləri iranlılara foto faktlar təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək yükün onlara heç bir aidiyyəti olmadığını bəyan edib. Bu dəfə İran hakimiyyətinə birbaşa bildirilib ki, əgər yeni partiya yaranarsa, vurulacaq.  Türkiyə İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü sənədlərlə təsdiq edərək, İrandan bu transferlərdən imtina etməsini tələb edib. Türkiyənin son istəyi "əməliyyat sahəsini çirkləndirməmək” olub. İran rəsmilərinə bildirilib ki, Türkiyənin PKK-ya qarşı əməliyyatına hər hansı müdaxilədən çəkinsinlər”, -  məlumatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM