(Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasiminin video görüntüsü əlavə edilib)
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Bu barədə anews.az-ın əraziyə ezam olunmuş əməkdaşı xəbər verib.
Bildirilib ki, bağlanış mərasimində bayraqlar endirilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib ki, bu mərkəz 3 ildən artıq müddətdə ərazidə sülhün təmin olunmasına böyük rol oynayıb.
"Türkiyə və Rusiya arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasında böyük rol oynayıb. Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlib Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədi. Azərbaycanın Qarabağ iqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olması məqsədilə 2023-cü il sentyabrda keçirilmiş antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarılıb. Bu səbəbdən, Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin də ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb." , - çıxışı zamanı qeyd edib.
Türkiyə-Rusiya Birgə Monitorinqi Qarabağda fəaliyyətini 2021-ci ilin yanvarından başladıb. Aprelin 18-də Türkiyə Milli Müdafiə Nazirliyi Ağdamda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinin dayandırılacağı ilə bağlı məlumat yayıb.
***
Aprelin 26-ı Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.
Mərkəzin açılış mərasimi 2021-ci ili yanvarın 30-da keçirilib.
2023-cü ilin sentyabrın 19-20-də Qarabağda keçirilimiş antiterrot əməliyyatlarından sonra suverenliyin bərpa olunması ilə mərkəzin fəaliyyətinə ehtiyac qalmayıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !