Türkiyədə 474 nəfər saxlanılıb

15:56 | 02.07.2024
Türkiyədə 474 nəfər saxlanılıb

Türkiyədə 474 nəfər saxlanılıb

Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 474 nəfər saxlanılıb. Türkiyə mətbuatının məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya sosial şəbəkədə məlumat verib.

"Kayseridə baş verən çirkin hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli aksiyalar təşkil edilib, qanunsuz yollarla həyata keçirilən təxribat xarakterli aksiyalardan sonra saxlanılanlardan 285 nəfərinin müxtəlif cinayətlərə görə  məhkumluğu olduğu müəyyən edilib. Miqrantların bədənlərinə xəsarət yetirmə, narkotik maddələr, soyğunçuluq, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz, dələduzluq, saxta pul, hədə-qorxu gəlmə və s kimi cinayət sahibləri aşkarlanıb",  -  Yerlikaya yazıb.

Türkiyə mətbuatı yazır ki, bu gün gecə saatlarında Serik və Antalyada yenidən Suriya əleyhinə etirazlar başlayıb.

Türklər suriyalı miqrantların evlərinin qapılarını sındıraraq soxulur,  onların əşyalarını çölə atıb, mənzilləri yandırıblar.

İğtişaşlara səbəb bir müddət əvvəl Türkiyənin Kayseri şəhərində suriyalı qaçqının 5 yaşlı uşağa təcavüz etməsi olub.
 
Yerli KİV-in məlumatına görə, bundan xəbər tutan şəhər sakinləri küçələrə çıxaraq suriyalılara məxsus mağaza və digər müəssisələri dağıtmağa başlayıblar.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM