Türkiyədə 74 mindən çox şəxsiyyət vəsiqəsi ləğv edilib

18:37 | 04.08.2016
Türkiyədə 74 mindən çox şəxsiyyət vəsiqəsi ləğv edilib

Türkiyədə 74 mindən çox şəxsiyyət vəsiqəsi ləğv edilib

Ölkənin daxili işlər naziri bəyanat verib.

Türkiyə hakimiyyəti iyulun 15-də ölkədə çevrilişə cəhddən sonra 74562 nəfərin şəxsiyyət vəsiqəsini ləğv edib. Bununla yanaşı, qiyamın təşkil edilməsinin araşdırılmasının gedişatında 26 minə yaxn adam saxlanılıb. 

Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Efkan Ala bəyanat verib. 

Agentlik bildirib ki, 13419 nəfər hazırda göz altında saxlanılır və onlar məhkəmə qarşısına çıxacaq.

İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda baş verib.

Son məlumata görə, qiyamçılar istisna olmaqla 246 türk vətəndaşı həlak olub. 2 mindən çox adam müxtəlif xəsarətlər alıb, qiyam yatırılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM