• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı – VIDEO

Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı – VIDEO
16.12.2017 15:56
Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib.

Axar.az xəbər verir ki, buna səbəb Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olub. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin ülküçü gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar.

Onlar bildiriblər ki, azərbaycanlı tələbələr endirilən bayrağın əvəzində yeni bayraq asmaq istəyiblər və universitetin mühafizə polisi tələbələrin bu istəyinin icrasına, daxili qaydalara zidd olmasına baxmayaraq, mane olmayıblar. Həmçinin universitetin müəllim heyəti də azərbaycanlı tələbələrə dəstək verib. Mühafizə polisinin və müəllimlərin bu dəstəyini alqışlayan gənclər ilahiyyat professorunu ən ağır sözlərlə təhqir edərək, əslində, Türkiyədə Ermənistan bayrağı olmaması gərəkdiyini və bunu edən əxlaqsız professorun mütləq cəzalanacağını qeyd ediblər.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Mirzoyan arasında telefon danışığı olub
Siyasət 18:42
Ceyhun Bayramovla Mirzoyan arasında telefon danışığı olub
Kaya Kallasla Ceyhin Bayramov arasında telefon danışığı olub
Siyasət 19:58
Kaya Kallasla Ceyhin Bayramov arasında telefon danışığı olub
İlham Əliyev Qətər Əmirinə zəng edib
Siyasət 19:53
İlham Əliyev Qətər Əmirinə zəng edib
Azərbaycan və Ermənistan sülh sazişinin mətnini açıqlayıb
Siyasət 17:03
Azərbaycan və Ermənistan sülh sazişinin mətnini açıqlayıb
Azərbaycan Dəniz Gəmiçiliyi rəhbəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Siyasət 13:25
Azərbaycan Dəniz Gəmiçiliyi rəhbəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsində trend olub
Siyasət 11:15
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsində trend olub
İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
Siyasət 19:29
İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Siyasət 14:30
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Siyasət 14:14
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol