Türkiyədə iki nazir istefa verib - Ərdoğandan yeni təyinatlar

09:03 | 02.07.2024
Türkiyədə iki nazir istefa verib - Ərdoğandan yeni təyinatlar

Türkiyədə iki nazir istefa verib - Ərdoğandan yeni təyinatlar

Türkiyədə səhiyyə naziri Fahrettin Koca və  Ətraf Mühit və Şəhərsalma naziri Mehmet Özhaseki istefa ərizəsi yazıblar. Bu barədə Türkiyə mətbuatı məlumat verib
 
Səhiyyə nazirinin yerinə Kamal Memişoğlu, Ətraf Mühit və Şəhərsalma naziri vəzifəsinə isə Murad Kurum təyin edilib. 
 
Özhaseki qərarını səhhətindəki problemlərlə izah edib.
 

Türkiyədə martda keçirilən bələdiyyə seçkilərindən sonra bəzi nazirlərin dəyişəcəyi gözləntiləri artıb.
 
 
Hakim partiyanın rəsmiləri və funksionerləri bildiriblər ki, rəhbərliyin belə planları var.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM