Türkiyədə İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb

09:49 | 01.05.2024
Türkiyədə İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb

Türkiyədə İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb

Türkiyənin "Bozdoğan-34” antiterror əməliyyatı nəticəsində 41 şübhəli saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında yazıb.
 
Bildirilir ki, əməliyyat Daxili İşlər Nazirliyinin 12 əyalətində - Bolu, Eskişehir, İstanbul, Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Gaziantep, Şanlıurfa, Düzce və Manisada İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib.

Əli Yerlikaya əməliyyat zamanı sənədsiz tapançalar, çoxlu sayda rəqəmsal material, külli miqdarda xarici valyuta və türk lirəsinin ələ keçirildiyini deyib.
 
Son bir il ərzində Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.
 
2023-cü ilin Yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti