Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi

11:56 | 24.08.2016
Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi

Suriyada İŞİD terror təşkilatının hərbi bazalarına hücum əməliyyatı başlayandan bütün Türkiyə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Trend  "Haber7" qəzetinə istinadən məlumat verir.

Qəzetin verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra qəbul olunub.

Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə Suriyanın şimalında yerləşən Carablus şəhərinin terrorçulardan azad edilməsi əməliyyatlarına başlayıb.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM