• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Türkiyədə terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfər saxlanılıb

Türkiyədə terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfər saxlanılıb
10.03.2024 13:43
Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları ölkənin şimal-qərbində yerləşən Sakarya vilayətində martın 31-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlayıb.Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X” hesabında məlumat verib.

"Sakaryada "İslam Dövləti” ekstremist qruplaşmasına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 33 şübhəli yaxalanıb.

 Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror aktları törətmək imkanlarını öyrənirdilər. Həmin şəxslər terrorizmin maliyyələşdirilməsi fəaliyyətləri kontekstində qruplaşma üçün maliyyə yardımı ilə məşğul oldular. Həmçinin müəyyən edilib ki, onlar qanunsuz mollaxanalar və mədrəsələr adı altında fəaliyyət göstəriblər”, - nazir bildirib.

Reydlər zamanı polis dövlət qeydiyyatı olmayan silah-sursat, dörd tapança və iki ov tüfəngi götürüb. Külli miqdarda xarici valyuta, terror qruplaşmasının qadağan olunmuş materialları və daxili sənədlər də müsadirə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib
Dünya 22:00
Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
Dünya 19:47
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
Qutsulun həbs müddəti uzadılıb
Dünya 18:42
Qutsulun həbs müddəti uzadılıb
Texasda daşqınlarda ölənlərin sayı 120-yə çatıb
Dünya 10:59
Texasda daşqınlarda ölənlərin sayı 120-yə çatıb
Putin Trampı iqnor edir
Dünya 08:58
Putin Trampı iqnor edir
Çin keçmiş Sincan rəsmisini rüşvətə görə edam cəzasına məhkum edib
Dünya 08:54
Çin keçmiş Sincan rəsmisini rüşvətə görə edam cəzasına məhkum edib
Rubio ASEAN görüşü çərçivəsində Lavrovla görüşəcək – ABŞ rəsmisi
Dünya 08:49
Rubio ASEAN görüşü çərçivəsində Lavrovla görüşəcək – ABŞ rəsmisi
Ərdoğan şənbə günü səhər xalqa müraciət edəcək
Dünya 08:38
Ərdoğan şənbə günü səhər xalqa müraciət edəcək
ABŞ BMT-nin məruzəçisinə sanksiya tətbiq edib
Dünya 08:23
ABŞ BMT-nin məruzəçisinə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol