• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı ölüb

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı ölüb
08.02.2023 14:58
Türkiyədə  baş verən zəlzələdə 1 nəfər  1980-ci il təvəllüdlü Bakı sakini Nailə Bünyatova Aydın qızı ölüb.

Bu barədə XİN-dən məlumat verilib.

"Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.

7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşının təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 19:41
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Cəmiyyət 19:01
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:37
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Cəmiyyət 18:25
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Təkrar nikaha girən qadınlar kişiləri 2,5 dəfə üstələyib
Cəmiyyət 17:29
Təkrar nikaha girən qadınlar kişiləri 2,5 dəfə üstələyib
2025-ci ildə ölən kişilərin sayı qadınlardan 24,3% çox olub
Cəmiyyət 16:45
2025-ci ildə ölən kişilərin sayı qadınlardan 24,3% çox olub
Bakıda və iki rayonda ağacların qanunsuz kəsilməsi nəticəsində 136 700 manat ziyan dəyib
Cəmiyyət 16:13
Bakıda və iki rayonda ağacların qanunsuz kəsilməsi nəticəsində 136 700 manat ziyan dəyib
Yeniyetmə analardan 6-sı beş və daha çox uşaq dünyaya gətirib
Cəmiyyət 15:29
Yeniyetmə analardan 6-sı beş və daha çox uşaq dünyaya gətirib
Azərbaycanda yeniyetmə anaların sayı açıqlanıb
Cəmiyyət 14:44
Azərbaycanda yeniyetmə anaların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol