Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Cevdet Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, Türkiyə Azərbaycan müttəfiqliyi bu dönəmdə növbəti dəfə sınaqdan çıxacaq.
"Türkiyə Azərbaycan münasibətlərində bir çox başlıq var. 2024-cü ilə girişdi, Azərbaycanda Prezident seçkiləri qərarı alınıb. Bu özündə bəzi risklər – qlobal, regional risklər daşıyır. Türkiyə Azərbaycan müttəfiqliyi bu dönəmdə növbəti dəfə yaxşı anlamda düşmənlərə qarşı sınaqdan çıxacaq. Digər tərəfdən hərbi müttəfiqliyinin həcminin daha da böyüdülməsi yanaşması var. 2023-cü ildə Azərbaycan Türkiyə ordusu 14 hərbi təlim keçirib. Burada ordunun vahid üzv kimi hərəkət etmə prosesi gedir. Güman edilir ki, 2024-cü il planlamasında hərbi əməkdaşlıq xüsusi yer tutacaq”, - Əlibəyli qeyd edib.
Ekspertin sözlərinə görə, 2024-cü ilin reallıqları konseptində prezident seçkilərindən sonrakı vəziyyət çox ciddi əhəmiyyət kəsb edir.
"Açıq söyləsək, 2024-cü il özü ilə bərabər qlobal toqquşmalar gətirir. Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Azərbaycan-Qərb münasibətləri, 3+3 layihəsinin gələcəyi, Türkiyə Ölkələr Təşkilatının gələcəyi baxımından Türkiyə ilə görüləcək ciddi işlər görülə bilər”, - o əlavə edib.

Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !