Ucarda stadion yoxdur- DEPUTAT

14:21 | 06.11.2023
Ucarda stadion yoxdur- DEPUTAT

Ucarda stadion yoxdur- DEPUTAT

98 min əhalisi olan Ucarda stadion yoxdur. Bunu Milli Məclisin deputatı Ramil Məmmədov deyib. 

"Böyük əhalisi olan Ucarın stadiona ehtiyacı var. Gənclər pis vərdişlərə aludəçi olmaması üçün bu mütləq vacibdir. Ucar aran rayonudur və işsizlik problemi var”, - deputat noyabrın 6-da Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar suyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deyib.

Deputat həmçinin vurğulayıb ki, bölgədə elektrik xəttlərinin 60 ildir dəyişdirilməməsindən əhali əziyyət çəkir.

"Elektrik xəttlərinin bərpasına ehtiyac var. Əhalinin internətə çıxışı çətinlşir. Həmçinin rayonda su problemi var. Mənə mavi qazla bağlı dəfələrlə müraciətlər olur ki, ya limit azaldılmalıdır ya da bir proqram hazırlanmalıdır bununla bağlı...”, - deputat əlavə edib.

Deputat əlavə edib ki, bölgələrdə bankomat problemi də ciddi olaraq qalır. Adi bir pensiyaçı pensiya almaq üçün 30 km yol getməli olur.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM